TRDizin: AZERBAYCAN QADINLARININ TƏHSILI: TARIX VƏ MÜASIRLIK
No Thumbnail Available
Authors
Journal Title
Journal ISSN
Volume Title
Type
RESEARCH
Access
info:eu-repo/semantics/openAccess
Publication Status
Metrikler
Total Views
0
Total Downloads
0
Abstract
Azrəbaycanda qadın təhsilinin qısa tarixi icmalı əsasında bir sıraqənaətlər əldə edildi. Qadınların təhsil almaq imkanlarına cəmiyyətdəonların maddi-iqtisadi və mənəvi-mədəni durumu, sosial statusu, mövcudstereotiplər öz təsirini göstərirdi. Eyni zamanda dövrlər bir-birini əvəzetdikcə qadına münasibət də tədricən dəyişməyə başlandı. Əgər XX əsrin20-30-cu illərində qadın savadsızlığının aradan qaldırılması və onunictimai istehsala cəlb edilməsində gedirdisə, II Dünya müharibəsindənsonra qadınların cəmiyyət işlərində fəal iştirakının yeni keyfiyyətindəgedirdi. Müəyyən olundu ki, dini ideologiya, müsəlman psixologiyası vəşəriət qadınların sosial vəziyyətinə əsaslı şəkildə təsir edirdi. Yeni, Sovetlərölkəsinin formalaşması burada bir sıra dəyişikliklərə gətirib çıxartdı.Qadınların cəmiyyət işlərində iştirak səviyyəsi artsa da, gerilik,mövhumat, yeni quruluşun inzibati amirlik metodları insan həyatına,qadınların təhsilinə və peşəkarlıq səviyyəsinə mənfi təsir edirdi. XX əsrinson rübündə Azərbaycanın müstəqillik qazanması bu işdə yeni imkan vəşəraitin yaranması və formalaşmasına gətirib çıxartdı. Müstəqillik illərindəAzərbaycan davamlı inkişaf mərhələsinə daxil oldu, demokratiyanıninkişafı üçün geniş imkanlar yarandı, dövlət idarəçiliyində, iqtisadi,sosial, mədəni sferalarında qanunun başçılığının təminatı qadınlarıncəmiyyətə inteqrasiyanı sürətləndirdi, müxtəlif sosial sahələrində onlarınrolunu və nüfuzunu artırdı. Ən ağır anlarda dövlət tərəfindən qadınlarınproblemləri unudulmur, onların həllində lazımi tədbirlər həyatakeçirilirdi.1990-cı illərin ortalarında ölkədə sosial və iqtisadi sabitlik quruldu,qadın fəallığının artması üçün yeni imkanlar açıldı. Ölkənin ictimai-siyasihəyatında qadınların fəallığının artımına, onların hüquqlarınıntəminatına yönəldilmiş xüsusi fərmanlar və sərəncamlar qadınlara qərəzlimünasibətin aradan qaldırılmasına böyük yardım oldu.
Date
2018-06-01
Publisher
Description
Keywords
Citation
Quliyeva Kabaoğlu, S. (2018). AZERBAYCAN QADINLARININ TƏHSILI: TARIX VƏ MÜASIRLIK. Turkish Studies (Elektronik), 13(19), 1523-1536